Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FIFPro) 2024-cü ilin rəmzi yığmasını açıqlayıb.
Bizim.Media xəbər verir ki, simvolik komandada daha çox "Real Madrid" (altı) və "Mançester Siti"dən (dörd) oyunçu yer alıb.
Rəmzi yığma 70 ölkədən 21 mindən çox futbolçunun səsverməsinin nəticələrinə əsasən müəyyənləşib. Respondentlər 21 avqust 2023-cü ildən 14 iyul 2024-cü ilə kimi olan dövrdə ən yaxşı oyunçuları seçiblər.
Mövsümün komandasına daxil olan futbolçular: Ederson, Kevin De Bruyne, Rodri, Erlinq Haaland (hamısı "Mançester Siti"), Dani Karvaxal, Antonio Rudiger, Toni Kroos, Cud Bellingem, Vinisius Junior (hamısı "Real Madrid"), Kilian Mbappe (PSJ/"Real Madrid") və Vircil van Diyk ("Liverpul").
Qeyd edək ki, ötən mövsümün nəticələri nəzərə alındığından karyerasını bitirən Kroos da "Real"ın oyunçusu kimi göstərilib. 2006-cı ildən bəri ilk dəfə Lionel Messi dünyanın rəmzi yığmasında yer almayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta