Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 dəfə artaraq ümumilikdə 172,4 milyon dollar təşkil edib.
Fins.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ticarət balansında əsas dəyişikliklərdən biri Azərbaycanın Serbiyaya ixracının 165 milyon dollar olması ilə diqqət çəkir ki, bu da əvvəlki illə müqayisədə 568,8 dəfə artım deməkdir. Eyni dövrdə Serbiyadan Azərbaycana idxal isə 7,36 milyon dollar olub, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 22,6% azalma göstərir.
Bu artım, Azərbaycan və Serbiya arasındakı iqtisadi əlaqələrin inkişafını və ticarət münasibətlərindəki müsbət tendensiyanı vurğulayır.
Zemfira Ms
Fins.az