AZ

Kvant hesablamaları sahəsində inqilabi nailiyyət: Yeni çip təqdim edildi

"Google" şirkəti kvant hesablamaları sahəsində əsas bir problemi aradan qaldıraraq yeni nəsil çip hazırladığını elan edib.

Valyuta.az "Nature" jurnalına istinadən xəbər verir ki, düzgün səhv korreksiya üsulları kvant kompüterlərinin genişləndikcə daha dəqiq hesablamalar aparmasına imkan yaradır.

Məlum olduğu kimi, kvant kompüterlərində adi bitlər əvəzinə kubitlərdən istifadə olunur. Lakin bu kubitlər ətraf mühitin təsirinə qarşı olduqca həssasdır və onların fəaliyyəti zamanı yaranan səhvlərin düzəldilməsi alimlər üçün mühüm bir çətinlik yaradır.

"Google"un açıqlamasına görə, Kaliforniyadakı laboratoriyada hazırlanmış "Willow" adlı çip 105 kubitdən ibarətdir. Araşdırmaçılar bu kubitləri birləşdirərək onların sayı artdıqca səhv səviyyəsini azaltmağın bir yolunu tapıblar. Yeni çip dünyadakı ən güclü superkompüterin 1025 il ərzində yerinə yetirə biləcəyi bir vəzifəni təxminən beş dəqiqəyə icra edə bilir.

Kvant hesablamaları bölməsinin əməliyyat direktoru Çarina Çou bildirib ki, onilliyin sonuna qədər kvant kompüterləri ən güclü superkompüterlərlə belə mümkün olmayan elmi kəşfləri reallaşdıra bilər.

Qeyd edək ki, bu payızda Çin Xua Universitetinin alimləri dünyanın ən kiçik tək-fotonlu kvant kompüterini hazırladıqlarını elan etmişdilər. Bundan əlavə, Kanadanın "D-Wave Systems" şirkəti "Advantage2" adlı ən yeni kvant prosessorunu təqdim edib.

Paşa Məmmədli

Seçilən
34
valyuta.az

1Mənbələr