AZ

Əsəd Rusiyaya 135 milyard dollarla qaçıb - İDDİA

Suriyada devrilən və Dəməşqin süqutundan sonra Rusiyaya sığınan Bəşər Əsədin özü ilə nə qədər pul apardığı ilə bağlı yeni iddia ortaya atılıb.

Turkustan.az xəbər verir ki, devrilmiş liderin 135 milyard dollarla Rusiyaya qaçdığı iddia edilərkən, onun dünyanın ən zəngin qaçqını ola biləcəyi bildirilib.

Suriyada Bəşər Əsəd administrasiyası 13 illik vətəndaş müharibəsindən sonra 12 günlük hərbi əməliyyat nəticəsində devrildi. 61 illik Baas rejimi və 54 illik Əsəd sülaləsi sona çatdı.

Türkiyə qəzetində yer alan xəbərə görə, Dəməşqdəki Muhaberatdan Xalid Beyye Əsədin Rusiyaya qaçaq yolla 135 milyard dollar qaçırdığını iddia edib.

Süni intellektə görə 135 milyard dollarlıq fiziki forma 2 min futbol meydançası böyüklüyündədir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
37
turkustan.az

1Mənbələr