AZ

Əsədi devirən Colaninin atsı GÖRÜN KİM İMİŞ...

Suriyada Bəşər Əsədi devirən Heyət Təhrir əş-Şamın (HTŞ) lideri Əbu Məhəmməd əl-Colani dünya gündəmində yer almaqda davam edir.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, 1982-ci ildə Səudiyyə Ərəbistanında dünyaya gələn Colaninin atasının peşəsi hamını təəccübləndirib.

 

Məlumata görə, HTŞ lideri Colani 1982-ci ildə atasının neft mühəndisi olaraq çalışdığı Səudiyyə Ərəbistanının Riyad şəhərində, Əhməd Hüseyn əl-Şara adıyla dünyaya gəlib.

Ailəsi 1989-cu ildə Suriyaya qayıdaraq Dəməşqin yaxınlarına köçüb.

Onun 2003-cü ildə İraqa köçməzdən əvvəl Dəməşqdə keçirdiyi vaxt haqqında çox az şey məlumdur.

Colani Dəməşqin süqutundan sonra Əməvi Məscidində etdiyi çıxışda, “Bugün Suriya təmizlənir, 20 ildən çoxdur ki, ürəyim bu an üçün atır” demişdi. 

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlilinə görə, HTŞ-nin əsas məqsədi Suriyanı Əsədin avtokratik hökumətindən azad etmək, ölkədən iranlı milisləri qovmaq və İslam qanunlarının uyğun bir dövlət qurmaq olub.

Nışr yazır ki, hazırda HTŞ Birləşmiş Millətlər, Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən "terror təşkilatı" kimi tanınır. 

Musavat.com

Seçilən
44
31
musavat.com

10Mənbələr