AZ

''Yunayted'' 5 ay öncə təyin edilən idman direktoru ilə vidalaşdı!

Heç də yaxşı mövsüm keçirməyən və ən son öz meydanında ''Nottingem Forest''ə uduzmaqla fanatlarını üzən ''Mançester Yunayted''dən sürpriz xəbər var.

Ruben Amorimin təyinatı hələ ki, gözlənilən effekti vermir. Bu arada ''Yunayted'' idman direktoru Den Eşvortla yollarını ayırıb. Yayda qalmaqallı şəkildə ''Nyukasl''dan ayrılaraq Mançesterə gələn Eşvortun dönəmi göründüyü kimi cəmi 5 ay çəkdi. O iyulun 1-də rəsmi olaraq bu vəzifəyə gətirilmişdi. ''Nottingem Forest''ə məğlubiyyətdən dərhal sonra baş direktor Omar Berrada Eşvortla görüşərək ona istefa xəbərini çatdırdı. ''Atletik''in məlumatına görə bu addım klubun sahibi Cim Retkliffin istəyi ilə atıldı.

Klub müqavilənin qarşılıqlı şəkildə pozulduğunu açıqlasa da, anonim mənbələrin iddiasına görə Eşvort birtərəfli şəkildə istefaya göndərilib. Den Eşvort klubun nəticələrinə, transferlərə və personalın cəlb olunmasına cavabdehlik daşıyırdı. O və baş direktor Berrada yayda Erik ten Haqın vəzifəsində qalmasının tərəfdarı olmuşdular. Eşvortun aktiv fəaliyyəti ilə yayda Leni Yoro, Manuel Uqarte, Mattiys De Liqt, Nassir Mazraui, Coşua Zirkzee kimi futbolçular alınmış və transferlərə 200 milyon avrodan çox pul xərclənilmişdi. Deyilənə görə Ten Haqın qovulması zamanı direktorların fikri üst-üstə düşsə də, Amorimin təyinatı zamanı fikir ayrılığı yaşandı. Portuqaliyalı məşqçini yalnız Berrada dəstəkləyirdi.

Retkliff Eşvortun kluba gəlişindən bir müddət öncə onunla bağlı ''dünyanın ən yaxşı idman direktorlarından biri və çox bacarıqlı insandı'' açıqlamasını vermişdi.

ƏLİ

Seçilən
29
football-plus.az

1Mənbələr