Həm şəxsi həyatı, həm də layihələri və musiqi hit-paradlarının zirvəsinə yüksələn mahnıları ilə adından söz etdirən Selena Qomez “Emilia Perez” filmi ilə gündəmdədir.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Kann mükafatlı aktyor filmdəki rolu ilə bağlı deyilən mənfi fikirlərə cavab verib.
“Emilia Perez” filminin dörd aktrisası Ən Yaxşı Qadın Oyunçu mükafatını paylaşaraq festival tarixinə düşüb. Rejissor Jak Audiard, Zoe Saldana, Selena Qomez, Karla Sofiya Qaskon və Adriana Pazın çəkildiyi filmin aktyorları “Ən yaxşı qadın rolu” mükafatını qazanıblar.
Aktyor Eugenio Derbez Qomezin filmdəki rolunu tənqid edib. Filmdə Qomezin ispanca danışmasını bəyənmədiyini deyən Derbez, “Filmdəki hər səhnədə dostlarımla bir-birimizə dönüb “Bu nədir?” dedik.
Qeyd edək ki, ana dili ispan dili olmayan Qomez rejissor Jak Audiardın çəkdiyi filmdə Cessi del Monte obrazını canlandırıb.
Ceyran