AZ

Bakıda Beynəlxalq elmi konfrans keçirilir

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb
10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin, Türkiyənin “Florence Nightingale Healthcare International Group”un və “Abbott” şirkətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
İlk öncə tədbir iştirakçıları və rəsmi qonaqlar Fəxri Xiyabanı ziyarət edib və Ümummilli Lider Heydər Əliyevin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir iştirakçıları və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar.
“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, hər kəsi Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, “Florence Nightingale Healthcare International Group”-un icraçı direktoru Sinan Nazif Aran, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov çıxış ediblər.
Tədbirin rəsmi açılış mərasimi bədii hissə ilə başa çatıb, daha sonra konseptual təqdimatlar edilib.
Seçilən
22
xalq.az

1Mənbələr