AZ

Uçuşlar gecikəcəyi təqdirdə sərnişinlərə kompensasiya ödəniləcək

Hava yolu şirkətləri təyyarə uçuşları gecikəcəyi təqdirdə sərnişinlərə kompensasiya ödəyəcək.

Mülki Havaçılıq Baş İdarəsi (SGHM) tərəfindən edilən dəyişikliyə əsasən, uçuşlarda 3 saatdan çox gecikmə olarsa, hava yolu şirkətləri sərnişinlərə kompensasiya ödəyəcək.

SGHM-nin Hava Yolları ilə Səyahət edən Sərnişinlərin Hüquqları haqqında Əsasnaməyə edilən dəyişikliklər "Resmi Gazete"də dərc edildikdən sonra qüvvəyə minib.

Tənzimləmə ilə, uçuşlar texniki və əməliyyat səbəblərindən təxirə salınarsa və sərnişinlər 3 saat və ya daha çox müddətdə planlaşdırılan son məntəqəyə çatdırılarsa, müəyyən edilmiş öhdəlikləri yerinə yetirməkdə hava yolu şirkətləri məsuliyyət daşıyacaq.

Müvafiq olaraq, gecikmə hallarında sərnişinlərə daxili reyslər üçün 100 avro kompensasiya ödəniləcək.

Beynəlxalq uçuşlar üçün məsafədən asılı olaraq kompensasiya məbləği 1500 kilometr və ya daha az olan uçuşlar üçün 250 avro, 1500-3500 kilometr arası uçuşlar üçün 400 avro, 3500 kilometrdən uzun uçuşlar üçün 600 avro müəyyən edilib.

Sözügedən kompensasiya alacaqlarının Türk Lirəsi qarşılığı hesablanarkən, kompensasiyanın ödənildiyi gün Türkiyə Cümhiriyyəti Mərkəzi Bankının valyuta satış məzənnəsi əsas götürüləcəkdir.



Seçilən
32
1
trt.net.tr

2Mənbələr