Macarıstanın “Ferentsvaroş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Verder”dən Nabi Keytanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “Ferentsvaroş”da çıxış edəcək.
Keyta daha əvvəl “Liverpul”da çıxış edib.