AZ

Dünyanın ən çirkli havaya malik şəhərinin adı açıqlandı

Banqladeşin paytaxtı Dəkkə dünyanın ən çirkli havasına malik şəhərlər siyahısında ilk pillədədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi Hava Keyfiyyəti İndeksinin (AQI) göstəricilərinə istinadən məlumat yayıb.

Ən son nəticələrə əsasən, Dəkkə "241 AQI" dəyəri ilə əlverişsiz və sağlamlıq üçün təhlükəli olan hava kateqoriyasında liderliyini qoruyub.

Siyahıda Pakistanın paytaxtı Lahor, Vyetnamın paytaxtı Hanoy və Hindistanın paytaxtı Yeni Dehli şəhərləri müvafiq olaraq 2,3 və 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, hava keyfiyyətinin ən pis səviyyəyə çatdığı Dəkkədə qış aylarında vəziyyət sağlamlıq baxımdan daha təhlükəli olur.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
33
1
teleqraf.com

2Mənbələr