“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun “Atalanta” ilə oyunundan gözləntilərini açıqlayıb.
Arena.az “Real”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, həqiqətən yaxşı oynayan komandaya qarşı çətin oyundur. Avropa Super Kubokundan sonra onlar daha da yaxşılaşıblar. Onlar əla idman formasındadırlar, həvəslə doludurlar və çoxlu oyunlarda qalib gəliblər. Ələmə mərhələsinə vəsiqə qazanmaq üçün, biz qalan üç oyundan mütləq yararlanmalıyıq”, deyə Ançelotti vurğulayıb.
“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe də “Atalanta” ilə səfərdə keçirəcəkləri oyun haqda fikrini bildirib:
“Biz, son oyunda səfərdə uduzduğumuz üçün indi qalib gəlməliyik. “Real” yarışmağa və qalib gəlməyə hazırdır”, deyə Mbappe vurğulayıb.
Xatırladaq ki, “Atalanta” – “Real” oyunu bu gün, dekabrın 10-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (11 dekabr) başladacaq.
5 turdan sonra “Real” 6 xalla Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 24-cü pillədə qərarlaşıb ki, bu da yarışın ələmə mərhələsinə vəsiqə verən sonuncu pillədir. “Atalanta” isə 11 xalla 5-ci yerdədir.