AZ

32 ildən sonra Xocalının Ballıca kəndinə qayıdış başlayır

Keçmiş məcburi köçkünlərin Xocalı rayonunun Ballıca kəndinə qayıdışı başlayır.

Teleqraf.com xəbər verir ki, artıq kənddə bərpa-yenidənqurma işləri yekunlaşıb, lazımi infrastruktur yaradılıb.

İlkin mərhələdə Ballıcaya 30 ailənin köçürülməsi nəzərdə tutulub.

Dekabrın 11-də kəndə qayıdacaq sakinlər arasında evlərin bölgüsü ilə bağlı püşkatma keçiriləcək.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə erməni silahlı qrupları tərəfindən işğal olunmuşdu.

İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq adıçəkilən kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi.

2023-cü il sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca işğaldan azad olunub.


Müəllif: Teleqraf.com
Seçilən
32
teleqraf.com

1Mənbələr