İran Premyer Liqasının səkkizinci həftəsinin təxirə salınan oyunları çərçivəsində Təbrizin "Traxtur" klubu ilə Kirman əyalətinin Sircan şəhərinin "Qolqohər" klubu qarşılaşıb.
Oyun dekabrın 9-u axşam saatlarında Sircan şəhərinin "Şəhid Süleyman" stadionunda baş tutub.
Oyunun 43-cü dəqiqəsində "Traxtur"un hücumçularından birinin cərimə edilərək meydandan çıxarımasına baxmayaraq, Təbriz təmsilçisi qarşılaşmanı 2-0 hesablı qələbə ilə başa vurub.
Bununlada "Traxtur" 25 xalla Premyer Liqa turnir cədvəlinin zirvəsinə yüksəlib.
visiontv.az