Suriya xalqına işgəncə verən və işgəncədə əli olan keçmiş yüksək vəzifəli məmurların siyahısını dərc edəcəyik.
Axar.az xəbər verir ki, bunu Suriya inqilabının rəhbəri Əbu Məhəmməd əl-Colani Teleqram hesabında yazıb.
Müharibə cinayətkarlarının arxasınca gedəcəklərini və qaçdıqları ölkələrdən təslim olmalarını tələb edəcəklərini bildirən əl-Colani, Suriya xalqına işgəncə verən cinayətkarların, qatillərin, təhlükəsizlik və ordu zabitlərini məsuliyyətə cəlb etməyə çəkinməyəcəklərini də vurğulayıb:
“Müharibə cinayətlərinə qarışan yüksək rütbəli ordu və təhlükəsizlik məmurları haqqında məlumat verən hər kəsə mükafat veriləcək”.