AZ

Əvvəlki Yaxın Şərq OLMAYACAQ:İran türklərinin qurtuluşu GÜNDƏMDƏ – FOTO

Yaxın Şərqdə illərdir davam edən münaqişəli vəziyyət Suriyada hakimiyyət dəyişikliyinə səbəb oldu. Ölkədə vətəndaş müharibəsi getməsinə rəğmən, son 11 ildə İran və Rusiyanın hərbi-siyasi dəstəyi ilə hakimiyyətini qoruyub saxlayan Prezident Bəşər Əsəd cəmi bir neçə gün ərzində müxalif silahlı birləşmələr tərəfindən məğlubiyyətə uğradıldı, Moskvaya qaçmağa məcbur edildi.

Bununla da Suriyada 53 illik sülalə hakimiyyətinə son qoyuldu. Bəzi ekspertlərin qənaətincə, son baş verənlər, əslində Türkiyənin dəstəyi ilə Suriya və İraq türkmənlərinin qurtuluşunun reallaşmasıdır. Sırada isə İran türkləridir.

İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO 2" src="https://cdn.medianews.az/2024/12/2-3-1024x682-1-375x250.webp" sizes="(max-width: 1601px) 100vw, 1601px" srcset="//cdn.medianews.az/2024/12/2-3-1024x682-1-375x250.webp 375w, //cdn.medianews.az/2024/12/2-3-1024x682-1-125x83.webp 125w, //cdn.medianews.az/2024/12/2-3-1024x682-1-768x512.webp 768w, //cdn.medianews.az/2024/12/2-3-1024x682-1.webp 1024w" alt="Əvvəlki Yaxın Şərq OLMAYACAQ: İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO" width="1601" height="1067" data-pin-no-hover="true" />

Maraqlıdır, bu ideyanın gerçəkləşməsi üçün tarixi, siyasi şərait, zəmin varmı? Yaxın Şərqdəki proseslər fonunda İranla bağlı hədəflər nədən ibarətdir? Cənub qonşumuzu gələcəkdə nələr gözləyir?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Elman Cəfərli bildirib ki, regionda vəziyyət 1828-ci ildən sonra Rusiyanın xeyrinə dəyişib.

İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO 3" src="https://cdn.medianews.az/2024/12/462568001_614405747589415_930642384221624849_n-255x255.jpg" sizes="(max-width: 1726px) 100vw, 1726px" srcset="//cdn.medianews.az/2024/12/462568001_614405747589415_930642384221624849_n-255x255.jpg 255w, //cdn.medianews.az/2024/12/462568001_614405747589415_930642384221624849_n-1024x1024.jpg 1024w, //cdn.medianews.az/2024/12/462568001_614405747589415_930642384221624849_n-95x95.jpg 95w, //cdn.medianews.az/2024/12/462568001_614405747589415_930642384221624849_n-768x768.jpg 768w, //cdn.medianews.az/2024/12/462568001_614405747589415_930642384221624849_n-1536x1536.jpg 1536w, //cdn.medianews.az/2024/12/462568001_614405747589415_930642384221624849_n.jpg 1600w" alt="Əvvəlki Yaxın Şərq OLMAYACAQ: İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO" width="1726" height="1726" data-pin-no-hover="true" />

Onun sözlərinə görə, həmin tarixə qədər regionda türk sülalələri olan Osmanlı və Qacarlar hökmranlıq ediblər: “Sonrakı illərdə türklərin yönəltdiyi İran mövqeyini itirdi, Osmanlı zəiflədi və nəhayət yıxıldı. 1923-2002-ci illər Türkiyəsi Osmanlının siyasətini apara bilmirdi. İndi dəngələr həm də ona görə dəyişib ki, neo-Osmanlıçılıq siyasəti aparan güclü Türkiyə var. 1991-ci ildə Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibindən çıxdı. 33 il sonra Suriya və İraqdakı soydaşlarımız milli qurtuluşa nail oldular. Onların arxasında güclü və prinsipial Türkiyə var. Elə biz özümüz də ərazi bütövlüyümüzü qardaş Türkiyənin dəstəyi hesabına bərpa edə bildik. Bəli, sırada İran türkləri var. Mən bu fikirləri deyirəm, ola bilər məsələyə ənənəvi prizmadan yanaşan kəsimin qəzəbi ilə qarşılaşsın. Amma, başqa çıxış yolu da yoxdur”.

İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO 4" src="https://cdn.medianews.az/2024/12/azeri-turkleri-375x214.jpg" sizes="(max-width: 1672px) 100vw, 1672px" srcset="//cdn.medianews.az/2024/12/azeri-turkleri-375x214.jpg 375w, //cdn.medianews.az/2024/12/azeri-turkleri-125x71.jpg 125w, //cdn.medianews.az/2024/12/azeri-turkleri-768x438.jpg 768w, //cdn.medianews.az/2024/12/azeri-turkleri.jpg 960w" alt="Əvvəlki Yaxın Şərq OLMAYACAQ: İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO" width="1672" height="954" data-pin-no-hover="true" />

Siyasi şərhçi vurğulayıb ki, Cənubi Azərbaycana yanaşmada İosif Stalin tezislərindən qurtulmaq lazımdır: “Cənubi Azərbaycan haradır? Azərbaycanlılar kimdir? İranda adında Azərbaycan sözü olan cəmi iki ostan var. Oysa, soydaşlarımız Tehran, Kərəc, Ərak, Mərkəz, İsfahan, Şiraz kimi əyalətlərdə də yaşayırlar. Onlar özlərinə türk, dillərinə türk dili deyirlər, biz israr edirik ki, yox siz azərbaycanlısınız. İran türkləri ifadəsi siyasi gündəmdə oturmalıdır. İndiki İranın sərhədlərini biz türklər çəkmişik. Bu dövləti bizim qurucu babalarımız qurub. Amma hiyləgər fars ideoloqları beynimizi məzhəbçiliklə yeyib, türkü, Osmanlını, Türkiyəni düşmən kimi qələmə veriblər. İranın hazırkı ideologiyasında, dərsliklərində bu məsələ qırmızı xətlə keçir. Elə bizə də sovet ideologiyası, dərslikləri eyni şeyi öyrədirdi. Halbuki tarix dəfələrlə bunun əksini sübut edib. Dəfələrlə Osmanlı, Türkiyə dar gündə bizim yardımımıza gəlib, İrandakı hökumətlər isə faciələrimizə səssiz qalıb. Çox şükür müstəqil olmuşuq, bizdə 500 illik irançılıq ənənəsi qırılıb, Azərbaycan toplumu məzhəbçi deyil. Təəssüf ki, Arazın o tayı belə deyil”.

İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO 5" src="https://cdn.medianews.az/2024/12/s.-azerbaijan-anti-racism-demo-9-777x437-1-375x211.jpg" sizes="(max-width: 1557px) 100vw, 1557px" srcset="//cdn.medianews.az/2024/12/s.-azerbaijan-anti-racism-demo-9-777x437-1-375x211.jpg 375w, //cdn.medianews.az/2024/12/s.-azerbaijan-anti-racism-demo-9-777x437-1-125x70.jpg 125w, //cdn.medianews.az/2024/12/s.-azerbaijan-anti-racism-demo-9-777x437-1-768x432.jpg 768w, //cdn.medianews.az/2024/12/s.-azerbaijan-anti-racism-demo-9-777x437-1.jpg 777w" alt="Əvvəlki Yaxın Şərq OLMAYACAQ: İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO" width="1557" height="876" data-pin-no-hover="true" />

E.Cəfərli söyləyib ki, İranda hələ də rəsmi ideologiyanın təsiri ilə türkə düşmən gözü ilə baxırlar: “Son illərdə Türkiyə və Azərbaycanın mədəni təsiri ilə Güneydə milli düşüncə xeyli güclənib. Bu işi yarımçıq saxlamaq olmaz. Güney Azərbaycanın, İran türklərinin qurtuluşu onların məzhəbçilikdən imtinasından keçir. İranda məzhəbçilik fars şovinizminə xidmət edir. Toplum bundan imtina etməlidir. 1918-ci ildə Güneydə Cilovluq faciəsi yaşananda onların da yardımına Osmanlı dövləti gəlmişdi. Mənim fikrimcə, bu gün İran türklərinin qurtuluşu Türkiyənin əlindədir. İran nə qədər kəmərləri sıxsa da, antitürk təbliğat aparsa da, bölücü məzhəbçilik etsə də, tarixin təkərini geri döndərmək mümkün olmayacaq. İndi passionar etnos bizik. Rusiya da, İran da mövqelərini itirir. İran məzhəbçiliyi Livanda, Suriya, İraqda çökdü. Sırada İrandır. Bu coğrafiyada İran dövlətçiliyini yaşatmaq istəyirlərsə, siyasi yapı bu şəkildə olmalıdır: türk dili ikinci rəsmi dil elan olunmalı, paytaxt tarixi yerinə – Təbrizə köçürülməli, türklərə, islama düşmən ovqatda yazılmış rəsmi ideologiya, dərsliklər dəyişdirilməli, qeyri-fars millətlərinin dili və mədəniyyətinin inkişafına əngəllər aradan qaldırılmalı, məzhəbsəl siyasi sistem ləğv edilməlidir. Dünya dəyişir, əvvəlki Yaxın Şərq olmayacaq. İranın başqa cür yaşamaq şansı yoxdur”.

Ərtürk İSMAYIL

İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO 6" src="https://cdn.medianews.az/2024/12/fotoram.io-39-372x255.jpg" sizes="(max-width: 1526px) 100vw, 1526px" srcset="//cdn.medianews.az/2024/12/fotoram.io-39-372x255.jpg 372w, //cdn.medianews.az/2024/12/fotoram.io-39-1024x702.jpg 1024w, //cdn.medianews.az/2024/12/fotoram.io-39-125x86.jpg 125w, //cdn.medianews.az/2024/12/fotoram.io-39-768x527.jpg 768w, //cdn.medianews.az/2024/12/fotoram.io-39-1536x1053.jpg 1536w, //cdn.medianews.az/2024/12/fotoram.io-39-2048x1404.jpg 2048w" alt="Əvvəlki Yaxın Şərq OLMAYACAQ: İran türklərinin qurtuluşu GÜNDƏMDƏ - FOTO" width="1526" height="1046" data-pin-no-hover="true" />
Seçilən
39
2
musavat.com

3Mənbələr