AZ

Cənubi Koreyada prezident də daxil olmaqla 8 nəfərin dərhal saxlanılması ilə bağlı qanun layihəsi qəbul edildi

Cənubi Koreyada prezident də daxil olmaqla 8 nəfərin dərhal saxlanılması ilə bağlı qanun layihəsi qəbul edildi

Cənubi Koreyanın Milli Assambleyası dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar prezident Yoon Suk Yeolun dərhal həbsini ehtiva edən qətnamə qəbul edib.“Yonhap” xəbər verir ki, hərbi vəziyyətin elan edilməsində iştirak edən 8 nəfərin həbsini nəzərdə tutan qanun layihəsi Milli Məclisdə səsə qoyulub.Səsvermə nəticəsində Yoon, keçmiş müdafiə naziri Kim Yonq-hyun və keçmiş daxili işlər naziri Li Sanq-min də daxil olmaqla 8 nəfərin dərhal həbs edilməsi tələbini ehtiva edən qətnamə layihəsi 94-ə səsə qarşı 191 səslə qəbul edilib. Səsvermədə iştirak edən 288 deputatdan 3-ü bitərəf qalıb.Parlamentin 2/3 səs çoxluğu ala bilmədiyi üçün Yoonun işdən çıxarılması ilə bağlı vəsatət qəbul olunmadığından müxalifət bu dəfə həbslə bağlı qanun layihəsini gündəmə gətirib.Digər tərəfdən, hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yoonun mühakimə olunması üçün xüsusi səlahiyyətli prokurorun təyin edilməsi qərarı da parlamentdə qəbul edilib.

Seçilən
38
1
afn.az

3Mənbələr