AZ

Braziliya prezidenti Lula da Silva beyin qanaması səbəbindən əməliyyat olunub

Braziliya prezidenti Lula da Silva beyin qanaması səbəbindən əməliyyat olunub

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın beyin qanaması səbəbindən əməliyyat olunduğu açıqlanıb.Ölkənin Sao Paulo şəhərindəki xəstəxanadan verilən açıqlamada beyin qanaması səbəbiylə əməliyyat olunan Lula da Silvanın vəziyyətinin yaxşı olduğu bildirilib.Açıqlamada əməliyyatın uğurla keçdiyi və 79 yaşlı Lula da Silvanın hazırda reanimasiya şöbəsində müşahidə altında olduğu qeyd edilib.Lula da Silvanın sağalma prosesinin yaxından izlənildiyini bildirən xəstəxana rəhbərliyi mövzu ilə bağlı mətbuat konfransı təşkil ediləcəyini açıqlayıb.Lula da Silvanın vəziyyəti ilə bağlı Braziliya Prezident Aparatından hələlik heç bir açıqlama verilməyib.Bildirilib ki, Lula da Silva oktyabr ayında evdə yıxıldıqdan sonra baş ağrısı şikayətləri ilə xəstəxanaya müraciət etdikdən sonra cərrahiyyə əməliyyatı zəruri hesab edilib.Hadisədən sonra Braziliya prezidenti BRİKS sammiti üçün Rusiyaya səfərini ləğv edib.

Seçilən
58
22
afn.az

10Mənbələr