AZ

Etirazçıların məqsədi prezident seçkilərində təxribat törətməkdir

Tbilisidə hökumət əleyhinə mitinqlərin təşkilatçıları Gürcüstanın prezident seçkilərini pozmağa çalışırlar.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Bizim kəşfiyyatımıza görə, dağıdıcı və cinayətkar mitinqlərin təşkilatçıları dekabrın 14-nə təyin edilmiş Gürcüstanda prezident seçkilərini pozmağı planlaşdırır. Onlar Gürcüstanın altıncı prezidentinin seçilməsinə mane olmaq və bununla da siyasi sistemi xaosa salmağa çalışırlar", - məlumatda bildirilir.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti xəsarət almamaq üçün vətəndaşları maksimum diqqətli olmağa çağırıb. Eyni zamanda, hakimiyyət insanlardan hər hansı şübhəli hərəkəti və ya təxribatı videoya çəkməyi və hüquq-mühafizə orqanlarına müraciət etməyi xahiş edir.

"Tbilisidə hökumət əleyhinə aksiyalar xarici xüsusi xidmət orqanları ilə razılaşdırılaraq keçirilir. Dinc vətəndaşların qətli ilə nəticələnən vəziyyətin ümumi gərginləşməsinə səbəb olur”, - deyə əlavə edilib.

Türkan İSGƏNDƏRLİ

 

Seçilən
25
redaktor.az

1Mənbələr