AZ

Əsəd yıxıldı, İranın Suriyada hərbi varlığına da son quyuldu...

Image

İran parlamentində Suriya ilə bağlı qapalı iclas keçirilib. İclasda Suriyadakı son hadisələr və İranın izləyəcəyi hərbi strategiya müzakirə edilib.

Xarici media yazır ki, qapalı iclasda çıxış edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami Əsədin devrilməsindən sonra Suriyadan bütün silahlı qüvvələrini çəkdiklərini açıqlayıb.

Əsəd rejiminin süqutuna qədər İranın hərbi müşavirləri və qüvvələrinin Suriyada olduğunu bildirən Səlami, hazırda İranın Suriyada heç bir hərbi varlığının olmadığını deyib.

İran parlamentində bölgədəki hərbi strategiyalar, İsrailin əməliyyatları və İranın İsrailə qarşı əməliyyatları da müzakirə edilib.

TAHİR





Seçilən
29
baki-xeber.com

1Mənbələr