Bəşər Əsədin devrilməsindən sonra İsrail paytaxt Dəməşqdən 25 km irəliləyərək Colan təpələrini işğal edib və əməliyyatını genişləndirib.
Bakupost.az xəbər verir ki, Suriya təhlükəsizlik mənbələri İsrailin Suriyanın Aralıq dənizindəki Latakiya limanını və yaxınlıqdakı hava hücumundan müdafiə bazasını hədəf aldığını bildirib. Bölgədəki iki təhlükəsizlik mənbəsi həmçinin İsrailin Suriya paytaxtında hərbi obyektə və İran tərəfindən keçmişdə raketlər hazırlamaq üçün istifadə edildiyi bildirilən hökumət araşdırma mərkəzinə üç hava hücumu təşkil etdiyini bildirib.
İsrailin Suriyanın cənub-qərbində, o cümlədən Sueyda şəhərinin şimalındakı Xalxala hava bazası da daxil olmaqla, azı 7 hədəfi vurduğu bildirilir. İsrail aviasiyası Suriyanın şimal-şərqindəki Qamışlı Hərbi Hava Limanına da zərbələr endirib. Anadolu Agentliyi yazıb ki, koordinatları İsrailə Əsəd administrasiyasına bağlı bəzi yüksək rütbəli komandirlər verib. Başqa bir iddiaya görə isə koordinatlar birbaşa Bəşər Əsəd tərəfindən verilib. Bunun əvəzində isə İsraildən onu və ailəsini daşıyan təyyarənin Dəməşq hava limanından sağ-salamat qalxmasını təmin etməyi istəyib. İddialara görə, İsrail bu məlumatlara uyğun olaraq Suriya ərazisində bütün gizli silah anbarlarını, radar obyektlərini və modernləşdirilmiş raket nöqtələrini məhv etməyə başlayıb.
Elnur, BakuPost