AZ

Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti hökumətinin başçısı təyin edildi

Suriyanın yeni baş naziri Məhəmməd Əl Bəşir martın 1-dək müvəqqəti hökumətin baş naziri vəzifəsini icra edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Suriyanın şimal-qərbini və İdlibin bir hissəsini idarə edən HTS-ə bağlı Qurtuluş Hökumətinin baş naziri Məhəmməd Əl Bəşir martın 1-dək Suriyanın müvəqqəti baş naziri vəzifəsini icra edəcəyini açıqlayıb.

Suriyada 53 illik Əsəd hakimiyyətinin müxalif silahlı qüvvələr tərəfindən devrilməsindən sonra Dəməşqə nəzarəti ələ keçirən Heyət Əl-Təhrir əl-Şam qruplaşması İdlib bölgəsinin baş naziri Məhəmməd Əl Bəşiri müvəqqəti baş nazir təyin edib.

Devrilmiş Bəşər Əsəd administrasiyasının son baş naziri Məhəmməd Əl-Cəlali HTŞ lideri Colani və baş nazir təyin edilən Əl Bəşirlə görüşərək transfer prosesini həyata keçirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
40
40
turkustan.az

10Mənbələr