AZ

“Bu il çoxları üçün ağır il oldu”– Xərçənglə mübarizə aparan şahzadə


Kral ailəsinin gəlini Keyt Midlton 2024-cü ildə demək olar ki, ictimaiyyət qarşısına çıxmadı. Artıq şahzadənin öldüyü şayiələri yayıldığı zaman o, xərçəngə tutulduğunu açıqladı.


“Medicina” xəbər verir ki, son 11 ayda Kral ailəsinin başının üstünü qara buludlar alıb.

Kral və Keytdə aşkarlanan xərçəng, şahzadə Edndryu və Harri-Meqanın qalmaqalları kral ailəsini mənən çökdürüb.

Lakin bu yaxında sonuncu kimyaterapiyasını bitirən Keyt öz vəzifəsinə qayıdıb.

Britaniya telekanalı Channel 5 ötən gecə Keytin müğənni Paloma Feyt ilə dialoqunu yayımlayıb.


Orda Keyt etiraf edib ki, 2024-cü ilin belə ağır olacağı heç ağlına gəlməyib.
Planlaşdırılmamış çox şey oldu. Amma mən düşünürəm ki, tək mən yox, bir çoxları üçün bu il ağır keçib” –deyə Midlton bildirib.


Aygün Musayeva

Seçilən
30
medicina.az

1Mənbələr