AZ

Bakıda Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur

Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC ləğv olunduğunu elan edib.

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Dənizkənari Milli Park” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.

Seçilən
29
31
yenicag.az

10Mənbələr