Rusiya hərbçiləri hələ Bəşər Əsəd rejiminin süqutundan əvvəl Suriyanın şimalındakı Menbiç və Kobanidəki bazalarını tərk ediblər.
Azreform.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə Vaşinqton Post nəşri yazıb.
“İlk baza əvvəllər ABŞ hərbçilərinə məxsus idi, 2019-cu ildə onlar getdikdən sonra Rusiya qoşunları tərəfindən ələ keçirildi. Rusiya hərbçiləri ərazidə patrul xidməti apararkən, buradan post kimi istifadə edirdilər. Kobanidəki baza Türkiyə-Suriya sərhədində atəşkəs razılaşmasına nəzarət etmək üçün istifadə edilib. Rusiya hərbçiləri Ankara və Moskva arasında 2020-ci ilin martında bağlanmış müqavilə çərçivəsində bura yerləşiblər”, - məlumatda bildirilib.