Belarus Prezidenti Aleksandr Lukaşenko Suriyanın keçmiş prezidenti Bəşər Əsədin diktator olmadığını deyib.
Publika.az xəbər verir ki, bu barədə "Belta" agentliyi məlumat yayıb.
“Bəşər Əsəd necə diktatordur? O, ixtisasca həkimdir, mən onu çoxdan tanıyıram”, - Lukaşenko bildirib.
Belarus lideri Suriyanın eks-prezidenti ilə yaxşı insani münasibətlərə malik olduğunu vurğulayıb.
Lukaşenko əlavə edib ki, o, təkcə Bəşər Əsədlə deyil, atası, Suriyanın əvvəlki lideri Hafiz Əsədlə də yaxşı tanışdır.