Çin Gömrük İdarəsinin açıqladığı məlumatlara görə, noyabr ayında ölkənin həm ixracı, həm də idxalı gözləntilərin altında olub. Oktyabr ayı ilə müqayisədə ixracda artım kəskin azalıb.
Valuta.az Çin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, ixrac keçən ay illik bazda 6,7 faiz artaraq 312,3 milyard dollara çatıb, lakin oktyabr ayındaki 12,7 faiz artımdan əhəmiyyətli dərəcədə aşağı olub.
Bu göstərici "Bloomberg" sorğusunda iqtisadçıların gözlədiyi 8,7 faizdən xeyli aşağıdır.
Məlumatlara görə, yanvar-noyabr dövründə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıb. İdxal məlumatları 3,9% azalma ilə 2023-cü ilin sentyabrından bəri ən kəskin azalma qeydə alıb.
"Çinin ixracatı 2024-cü ildə iqtisadiyyatın ən böyük sürprizi ola bilər. Bu, Çinin bu il "təxminən beş faiz" artım hədəfinə çatmasının əsas səbəblərindən biridir", deyə deyə ING-nin Çin üzrə baş iqtisadçısı Linn Sonq yazıb.
Təhlilçilər tədarüklərdəki son artımın xarici alıcıların Donald Trampın Çin mallarına tətbiq edə biləcəyi mümkün tariflərdən qaçmaq üçün yeni ticarət gərginliyindən qorxmaları ilə bağlı olduğunu irəli sürürlər.
"Biz yaxın bir neçə ayda ixracın bəzi ön yüklənməsini görə bilərik, lakin tarif danışıqlarının nəticəsi təəccüblü dərəcədə müsbət olmasa, sürət bundan sonra zəifləyəcək", deyə Linn Sonq qeyd edib.
Paşa Məmmədli