2024-cü ildə quqlda axtarışa verilən ən populyar sorğular açıqlanıb.
Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda şirkət məlumat dərc edib.
Belə ki, axtarış sistemi istifadəçiləri 2024-cü ildə ən çox ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Uels şahzadəsi Keyt Middleton haqqında məlumat axtarıb. İstifadəçilər tez-tez təbii fəlakətlər, xüsusən də ABŞ-də Milton qasırğası və Yaponiyada tayfun haqqında məlumat axtarışa veriblər.
Üçüncü yeri Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı axtarış sorğusu tutub.