AZ

Nadir İsmayılovun xaricdəki hesabında 5.4 milyon manat var imiş

Səkkiz il əvvəl fəaliyyəti dayandırılmış "Zaminbank" ASC-nin 10 il həbs cəzasına məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2.5 milyon funt sterlinq (5.4 milyon manat) pul olduğu müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya mənbədən məlumat daxil olub.

Azərbaycanın Maliyyə Monitorinqi Mərkəzi belə bir hesabın olduğunu öyrənib və aidiyyəti üzrə məlumat verib. Xətai Rayonu İcra Şöbəsi isə həmin hesaba həbs qoyulması üçün məhkəməyə təqdimat verib.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə "Zaminbank"ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Seçilən
34
15
publika.az

10Mənbələr