“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerasını nə zaman bitirəcəyi ilə bağlı sualı cavablandırıb. Msport.az xəbər verir ki, bu barədə jurnalist Dani Qarsiya X platformasında paylaşım edib:
“Mən hər şeyi atıb qolf oynamağa getmək istərdim. Amma edə bilmirəm. Vaxt gələcək hiss edəcəm ki, bəsdir və həmin vaxt dayanacam”.
Qeyd edək ki, ispaniyalı mütəxəssis 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. “Şəhərlilər” onun rəhbərliyi altında 6 dəfə İngiltərə Premyer Liqasını, bir dəfə Çempionlar Liqasını, 2 dəfə isə ölkə kubokunu qazanıblar. vardiola