AZ

Nani futbolla vidalaşdı

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Nani 38 yaşında karyerasını bitirib.

"Mançester Yunayted"in və Portuqaliya millisinin keçmiş yarımmüdafiəçisi Nani 38 yaşında sosial şəbəkə vasitəsilə karyerasını başa vurduğunu açıqlayıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, o, bu barədə təəssüratlarını bölüşüb:

"Vidalaşmağın vaxtı gəldi, peşəkar karyeramı bitirmək qərarına gəldim. Bu, heyrətamiz bir səyahət oldu. 20 ildən çox davam edən karyeranın çətin anlarında mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Çox unudulmaz xatirələr, təmiz səhifədən başlamağın və diqqətinizi yeni məqsədlərə, eləcə də xəyallara yönəltməyin vaxtı gəldi, təşəkkür edirəm”.

Nani karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya!”, “Latsio”, “Orlando Siti”, “Venesiya”, “Melburn Victory” və “Adana Demirspor” kimi bir çox məşhur komandaların şərəfini qoruyub.

Onun qaldığı son klubu “Estrelo” olub.

Nani Portuqaliya millisinin heyətində 112 oyun keçirib və 2016-cı il Avropa çempionatının qalibi olub.



Seçilən
25
news24.az

1Mənbələr