AZ

Suriyada müvəqqəti hökumət quruldu

Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb və baş nazir vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir tərəfindən elan olunub.

Musavat.com xəbr verir ki, bu keçid hökuməti bir neçə nazirdən ibarətdir və 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək. Əl-Bəşir vurğulayıb ki, müvəqqəti hökumət əsasən təhlükəsizliyin təmin olunması, dövlət institutlarının sabitliyinin qorunması və ölkənin dağılmasının qarşısının alınması məqsədini güdür.

Bu qərar Suriya müxalifətinin və beynəlxalq tərəfdaşların müzakirələri əsasında formalaşdırılıb. Keçid hökumətinin əsas məqsədi yerli resurslardan istifadə edərək stabilliyi təmin etmək və dövlətin birliyini qorumaqdır. Bununla yanaşı, hökumət demokratik keçidi dəstəkləmək və ölkə daxilində xidmətlərin effektiv idarəsini təmin etməyə çalışır.

Xəbərin linki: https://en.etilaf.org/all-news/news/syrian-coalition-approves-abu-hatab-s-new-interim-government-members 

 

Musavat.com

 
Seçilən
58
musavat.com

1Mənbələr