AZ

Biləsuvarda ailənin 10 ildən sonra doğulan yeganə övladı QƏFİL ÖLDÜ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Biləsuvar rayonunda azyaşlı ölüb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində olub.
Belə ki, kənd sakini 2020-ci il təvəllüdlü Nuray Niyaməddin qızı Əliyevanın qəflətən halının pisləşməsini görən valideynlər uşağı rayon xəstəxanasına çatdırıb.
Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 10 ildən sonra doğulan Nuray ailənin yeganə övladı olub.
Seçilən
55
50
oxu.az

10Mənbələr