AZ

BMT: Suriyanın böyük şəhərləri ərzaq çatışmazlığı ilə üzləşib

Bakı, 11 dekabr, AZƏRTAC

Suriyanın bir neçə böyük şəhəri ərzaq çatışmazlığı ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin bəyanatında deyilir.

“Ərzaq çatışmazlığı Deyr əz-Zor, Dəməşq və Həma da daxil olmaqla böyük şəhərlərdə qeydə alınıb. Təkcə İdlib və Hələbdə çörəyin qiyməti noyabrın 27-dən dekabrın 9-dək bir neçə dəfə artıb”, - deyə məlumatda bildirilir.

Təşkilat, həmçinin qeyd edib ki, Suriyadakı xəstəxanalar həddindən artıq doludur.

Seçilən
40
2
azertag.az

3Mənbələr