AZ

Vaşinqton Suriyanın yeni hökumətini tanıyacaq

Bayden administrasiyası yeni Suriya hökumətini tanıyacağını və dəstəkləyəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

Qeyd edib ki, ABŞ Suriyadakı qruplarla və prezident Bəşər Əsədin devrilmiş hökumətindən sonra keçid prosesini rahat baş verməsini təmin etmək üçün regional tərəfdaşlarla işləyəcək.

“ABŞ terrorizmdən əl çəkən, kimyəvi silah ehtiyatlarını məhv edən, etnik azlıqların və qadınların hüquqlarını qoruyan yeni Suriya hökumətini tanıyacaq və dəstəkləyəcək”, - deyə o vurğulayıb.

phrase_var_article.chosen
28
6
publika.az

8phrase_var_article.sources