Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli şəxsi və peşəkar inkişaf yolunda növbəti uğuruna imza atıb. O, Həkimlərin sertifikasiya imtahanını müvəffəqiyyətlə tamamlayaraq praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ qazanıb.
QHT.az xəbər verir ki, İlqar Hüseynli bu nailiyyətini sosial media hesabında belə ifadə edib:
"İnsanın həyatında rəngarəng yollar var. Bir yol da uğur yoludur. Uğura gedən yolu insan öz zəhmətilə çəkir. Bunun üçün ən doğru resept, oxumaq, yorulmamaq və hədəfə çatmaq üçün prinsipiallıqdır. Tam 33 il sonra qarşıma hədəf qoydum. Oxudum, yeni və köhnə bildiklərimi təkmilləşdirdim və nəticədə sertifikatımı əldə etdim."
O, həmçinin bu prosesdə ona dəstək olan ailəsinə və dost çevrəsinə dərin minnətdarlığını bildirib. İlqar Hüseynli üçün bu uğur onun əzmkarlıq və məqsədyönlülük prinsiplərinə sadiqliyinin nümunəsidir.
QHT.az münasibətilə ürəkdən təbrik edir, şəxsi və peşəkar həyatında yeni-yeni zirvələr arzulayır!
Pərvanə Fərhadqızı