AZ

Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yaxınlaşmışıq - Hakan Fidan

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yaxınlaşmışıq.

Hafta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan parlamentdə büdcə müzakirələri zamanı bildirib.

O qeyd edib ki, Cənubi Qafqazda sülh üçün ümid ışığı mövcuddur:

“Sülhün təmin edilməsi bölgəni inkişaf etdirəcək və yeni fürsətlər yaradacaq. Türkiyə bu prosesdə bütün səylərə dəstək verir. Ölkəmiz tərəflər arasında vasitəçilər olmadan ikitərəfli əsasda davam edən müzakirələri dəstəkləyir”.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistanla Azərbaycan arasında sülhdən danışıb.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb:

"Ümid edirik ki, Qarabağın işğaldan azad edilməsi sayəsində yaranan tarixi fürsət Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına töhfə verəcək". 

Seçilən
34
hafta.az

1Mənbələr