Rusiyanın Bryansk şəhərində “Transneft” korporasiyasına məxsus neft bazası yanır.
AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “VÇK-OQPU” teleqram kanalı bildirib.
“Bryansk PUA hücumuna məruz qalıb, sakinlər partlayış səsləri eşidiblər, HHM işləyib. Hazırda “Transneft”in neft zavodunun olduğu yerdə alov görsənir”, – məlumatda qeyd olunub. Nəşr alışan yerin neft bazası olduğunu əlavə edərək yanğının görüntülərini dərc edib.