AZ

Bacısının sevgilisini bıçaqlayan gəncə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Şahbaz Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttihama görə, hadisə 04 sentyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, 2024-cü il təvəllüdlü Şahbaz Səfərov yaşadığı mənzilə gələn zaman qonaq otağında əvvəllər tanımadığı Bakı şəhəri sakini, zərərçəkmiş Əmrah Əsədovla (soyadı şərti) bacısının söhbət etdiyini görüb. Zərərçəkmiş təqsirləndirilən şəxəsə bacısı ilə evlənəcəyini, buna görə onların valideynləri ilə söhbət etmək istədiyini söyləyib. Şahbaz isə bundan əsəbiləşib masanın üzərindəki bıçağı götürüb Əmrahın döş qəfəsinin 3 zərbə endirərək ona xəsarət yetirib.


Hadisədən sonra Şahbaz Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 

Kamal Məmmədov 

Tarix: 11 Dekabr 2024, 09:39   
Seçilən
36
3
pravda.az

4Mənbələr