AZ

“40 ildir döyüşməyən orduyla bunu edə bilməyəcəksiniz” - Çinə xəbərdarlıq

Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanğıcında Rusiya blitskriqinin fəlakəti Tayvanın işğalına hazırlaşan Çini narahat etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks deyib.

“Moskvanın döyüş meydanında ilk çətinlikləri Pekində ciddi narahatlığa səbəb olmalıdır. Çünki Çin Xalq Azadlıq Ordusu müasir müharibədə rus ordusundan qat-qat az təcrübəyə malikdir. Çin ordusu 40 ildir müharibələrdə iştirak etmir”, - deyə ABŞ rəsmisi bildirib.

Hiks xatırladıb ki, Rusiya əməliyyatların bir neçə günə bitəcəyini düşünsə də, müharibə üç ilə yaxındır davam edir:

“İndi Çin qonşusuna qarşı təcavüz edərkən, Rusiyanın Ukraynadakı təcrübəsindən öyrənməlidir. Hər iki tərəf uzun sürən mübarizəyə və ödəyəcəyi böyük bədələ hazır olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
19
teleqraf.com

1Mənbələr