AZ

ABŞ generalı Suriyaya gedib

Image

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının başçısı general Maykl Kurilla dekabrın 10-da Suriyada Amerika hərbçilərini ziyarət edib. Bu barədə komandanlığın sosial şəbəkə hesabında bildirilib.
“Dekabrın 10-da general Kurilla Suriyada bir neçə bazada Amerika hərbi komandanları və hərbçiləri, həmçinin İŞİD-ə qarşı mübarizədə tərəfdaşımız olan “Suriya Demokratik Qüvvələri”ni ziyarət edib. O, qüvvələrin müdafiəsi tədbirləri, sürətlə dəyişən vəziyyət və İŞİD-in mövcud vəziyyətdən sui-istifadə etməsinin qabaqlanmasına yönəlmiş səylər haqqında birbaşa məruzə alıb”, – komandanlığın paylaşımında qeyd olunub.
Bundan başqa, məlumata görə, general Kurilla Suriyaya səfərindən sonra Bağdada səfər edib, burada İraq Baş naziri Məhəmməd əs-Sudani və hərbi rəhbərliyi ilə regional təhlükəsizlik, İŞİD-ə qarşı əməliyyatlar və koalisiya ilə əməkdaşlıq məsələlərini müzakirə edib. O həmçinin bölgədə İŞİD təhdidinin aradan qaldırılması üzrə cari missiyanı təhlil etmək üçün “Sarsılmaz qətiyyət” əməliyyatının komandanı ilə görüşüb.

Mətləb Salahov






Seçilən
60
1
baki-xeber.com

10Mənbələr