AZ

Bəşər Əsədlə tamamlanan “pazl” – ərəbin baharı onlara qış oldu…

Suriya lideri Bəşər Əsədin devrilməsi ilə ərəb yarımadasında “pazl” tamamlandı. Bununla da “ərəb baharı” dalğasının apardığı sonuncu diktator Əsəd oldu.

Tribunainfo.az yazır ki, 2011-ci ildə Tunisdə başlanan çevrilişlər bütün bu coğrafiyanı əhatə etdi. Əvvəlcə Tunis tiranı Zeynalabdin bin Əli devrildi, özü Səudiyyə Ərəbistanına qaçdı. O, 1987-ci ildən prezident idi. 2019-cu ildə isə vəfat etdi. Tunis inqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb oldu. Həmçinin, Bəhreyn ayağa qalxdı. Ən ağrılı proses isə Liviya və Suriyada oldu. Amma Tunisin ardınca Misirdə ağır daş tərpədildi, Hüsnü Mübarək erası bitdi, özü həbs edildi. Elə həbsdə də öldü və mühakiməsinə çatmadı. Adıçəkilən digər ərəb ölkələri isə prosesdən sağ çıxa bildilər. Hadisələrin kulminasiyası isə Liviya oldu və Müəmmar Qəddafi üsyançılar tərəfindən qətlə yetirildi. Nəhayət, proses Suriyaya sıçradı. Amma burada Rusiya və İran Bəşər Əsədi qorudu, hadisələr terrora, anarxiyaya gətirib çıxardı, ölkə parçalandı. Yalnız bu ilin dekabrında 12 gün sonra Əsəd devrildi və Rusiyaya qaçdı. Bununla da mozaika tamamlandı. Şərqdə isə hələ də diktaturalar, antixalq rejimlər yenə də var, amma “ərəb baharı” dalğası əsas başları apardı, heykəlləri uçurdu…

Roman

Seçilən
36
tribunainfo.az

1Mənbələr