AZ

ABŞ Ukraynaya 20 milyard dollar yardım ayırıb

ABŞ Maliyyə Nazirliyi Ukrayna üçün Dünya Bankı fonduna 20 milyard dollarlıq kredit köçürdüklərini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamada ABŞ-ın Ukraynaya 20 milyard dollarlıq kredit ayırmaq öhdəliyini yerinə yetirdiyi bildirilib.

Açıqlamada sözügedən kreditin G7 ölkələrinin Ukraynaya verməyi planlaşdırdıqları 50 milyard dollarlıq kreditin bir hissəsi olduğu və kreditin Dünya Bankı fonduna köçürüldüyü və bu fond vasitəsilə Ukraynaya təqdim ediləcəyi bildirilib.

Seçilən
22
1
sia.az

2Mənbələr