AZ

Aralıq dənizində zəlzələ baş verib

Türkiyənin Muğla şəhərinin Marmaris rayonu sahillərində Aralıq dənizində 4,4 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, zəlzələ yerli vaxtla saat 07.44-də 4,4 bal gücündə, episentri Aralıq dənizi sahillərində qeydə alınıb.

Episentri Muğlanın Datça rayonundan 210,17 kilometr uzaqlıqda olan zəlzələ 9,1 kilometr dərinlikdə olub.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr