AZ

9 ayda cari əməliyyatlar balansının profisiti 4 milyard dollar olub

2024-cü ilin üçüncü rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 4 milyard dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 7,2%-ni təşkil edib:

"Neft-qaz sektoru üzrə CƏH-in profisiti 11,1 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 7,1 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, Mərkəzi Bank və beynəlxalq maliyyə təşkilatları 2024-cü ilin yekunu üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırır. Sonuncu dəfə bu il dekabrın 6-da "S&P Global Ratings" Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 faizi həcmində proqnozlaşdırıb".

Seçilən
22
6
ikisahil.az

9Mənbələr