Rusiya 2023-cü ildə digər ölkələrə kredit vermənin həcmini 30 milyard dollardan çox artıraraq 1999-cu ildən bu göstərici üzrə maksimuma çatıb...
Poliqon xəbər verir ki, bu məlumatı Dünya Bankının hesabatlarını təhlil edən “RİA Novosti” Agentliyi yayıb.
Rusiyadan ən çox yeni kreditləri Misir, Banqladeş və Hindistan alıb. 2023-cü ildə digər dövlətlərin Rusiyaya olan borcunun ümumi məbləği 1,3 milyard dollar artaraq 30,1 milyard dollara çatıb.
Rusiyaya ən böyük borcu olan ölkə hələ də Belarusdur. Minsk Moskvaya 7,75 milyard dollar və ya Rusiyanın verdiyi bütün kreditlərin dörddə birini borcludur. İkinci yerdə 6,6 milyard dollarla Banqladeşdir. Bu ölkə Rusiyaya olan ümumi borcun 22%-nə sahibdir. Üçüncü yerdə 4,1 milyard dollar (14%) borcu ilə Hindistan qərarlaşıb. İlk 5-liyə həmçinin Misir (3,3 milyard dollar, “11%) və Vyetnam (1,4 milyard dollar, 5%) daxildir.
Oktyabr ayında baş nazir Mixail Mişustin "Made in Russia" ixrac forumunda bildirib ki, Rusiya ixracatının əsas hissəsi dost ölkələrə, o cümlədən Hindistan və Çinə gedir.
Poliqon.info