AZ

Seyyidə Zeynəb ziyarətgahında İran əsarətinə son

Bakı, TurkicWorld\ArabAz

Müxalifət qüvvələrinin Suriya paytaxtına nəzarəti ələ keçirməsi və Bəşər Əsədin hakimiyyətinin süqutundan sonra Dəməşqin cənubunda İranın əsas qalası sayılan Seyyidə Zeynəb bölgəsində mənzərə çox dəyişdi.

Bölgə Suriya deyil, “İran şəhəri” kimi təsvir edildiyi illər ərzində qəbul etdiyi İran simasından saatlar ərzində və böyük sevinclə qurtulub. İki gün ərzində İranın, onun silahlı qüvvələrinin və Livan Hizbullahının orada qurduğu böyük nüfuz aradan qalxdı və onların oradakı nəzarəti sona çatdı. Yerli xalq bunu böyük məmnuniyyətlə qarşıladı.

Seyyidə Zeynəbin ən böyük və önəmli bazarlarından sayılan Bəhmən bazarında dükan sahibi vəziyyətin saatlar içində dəyişməsindən sevincini gizlətmirlər.

“Əsədin devrilməsi Seyyidə Zeynəbi öz xeyirxah xalqına qaytaran övladlarımızın köməyi ilə həyata keçirildi və sevincimiz hədsizdir. İran yoxa çıxıb, Əfqanıstadan, Yəməndən, Lİvandan gətirdiyi radikal silahlı şiələr atrıq burda yoxdur”-deyə dükan sahibləri qeyd edirlkər.

Əvvəllər burda olan Hizbullah nəzarət-buraxılış məntəqəsi yığışdırılıb, silahlı nümayişlər və üzərində məzhəbi şüarlar və sünnilərin müqəddəsatına təhqir yazılan əski parçaları yandırılıb.

Həmçinin Xomeyni, Xamenei və İsrailin hücumu zamanı öldürülən Hizbullahın baş katibi Həsən Nəsrullahın şəkilləri demək olar ki, tamamilə yoxa çıxıb. Maraqlısı odur ki, Nəsrullahın öldürülməsindən sonra Livanın bəzi yerlərində də onun şəkilləri ortadan qaldırılıb.

Ziyarətgaha yeni rəhbərli təyin edilib

Müxalifət fraksiyalarından olan nümayəndə heyəti ötən bazar günü bələdiyyə qərargahında bölgənin tanınmış şəxsləri ilə görüş keçiriblər. Daha sonra müxalifət yerli şilərdən olan icma ilə ziyarətgaha yeni təhbərli təyin edib.

Yeni tənzimləmələr

Bazarın şərq tərəfində yerləşən Seyyidə Zeynəb ziyarətgahının şərq girişinə çatdıqda, Hizbullah döyüşçülərinin silahlı nəzarət məntəqəsi ortadan qaldırlıb və bura yerli şiələrdən ibarət şəxslər təyin edilib. Artıq ziyarətgaha yarı hərbi radikallar deyil, dinc vətəndaşlar nəzarət edəcək.

Seçilən
35
turkic.world

1Mənbələr