AZ

Biləsuvar İH-in 888 minlik tenderlərinə “yox” deyildi

Biləsuvar İcra Hakimiyyətinin daha iki tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə e-tender.gov.az saytı məlumat yayıb.
Bildirilir ki, iki tenderin toplam dəyəri 888 min manat olub. Lakin qanunun müvafiq tələblərinin yerinə yetirilməməsi səbəbindən proses baş tutmayıb.
Belə ki, hər iki tender Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri işləri ilə bağlı olub. Büdcə vəsaitlərindən kənar nəzərədə tutulan təmir işlərinə 322.103,42 manat, büdcə vəsaiti hesabına görüləcək işlərə isə 566.900,32 manat pul ayrılması nəzərədə tutulubmuş.
Xatırladaq ki, ötən həftə Biləsuvar İH-in daha iki tenderi ləğv olunub. Ümumiyyətlə, bu İcra Hakimiyyətinin son dövrlər keçirmək istədiyi tenderlərin böyük əksəriyyətinə “yox” cavabı verilib.

Seçilən
37
3
tribunainfo.az

4Mənbələr