AZ

“Pərvinin adından yazıb pul istədi” - Cavidan

Ötən axşam aktrisa Pərvin Abıyevanın adından what`s app” mesajlaşma platforması üzərindən dələduzluq edilərək, dostlarından pul istənilib. 

OLAY yazır ki, bununla bağlı aktyor Cavidan Novruz instaqram səhifəsində videoaçıqlama yayımlayıb. 

Aktyor bidirib ki, həmkarı Pərvinin adından ona da mesaj yazılıb və pul istənilib:

“Mənə də Pərvin Abıyevanın adından mesaj gəldi və borc pul istədilər. Göndərməyə hazırlaşırdım, amma dostum dedi ki, araşdır. Çünki Pərvin nə qədər çətin vəziyyətdə qalsa da, belə bir şey etməz. Bir çox məşhurların adından belə şey ediblər”.

Qeyd edək ki, Pərvin ötən gün instaqram səhifəsind paylaşım edərək, adından dostlarından pul istəndiyini bildirib. Bir neçə gün əvvəl dələduzlar rəqqasə Renka (Rəna Ağamuradova) və dicey Roşkanın adından istifadə edərək “what`s app” mesajlaşma platforması üzərindən pul istəyiblər.

Seçilən
57
olay.az

1Mənbələr