Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb və Məhəmməd əl-Bəşir Suriyanın keçid hökumətinin müvəqqəti baş naziri təyin edilib.
Onun sözlərinə görə, keçid hökuməti bir neçə nazirdən ibarətdir.
Əl-Bəşir bildirib ki, müvəqqəti hökumət 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək.
O, həmçinin qeyd edib ki, yeni kabinet formalaşana qədər müvəqqəti hökumət dövlətin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq.
Dekabrın 9-da Suriyanın keçmiş baş naziri Məhəmməd Qazi əl-Cəlali, Əhməd Şəra (Əbu Məhəmməd əl-Culani təxəllüsü ilə tanınır) və azad edilmiş İdlib hökumətinin baş naziri Məhəmməd əl-Bəşir arasında görüş keçirilib. Nazirlər Kabinetinin səlahiyyətlərinin Bəşər Əsədin keçid hökumətinə verilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Məhəmməd əl-Bəşir 1983-cü ildə Suriyanın İdlib əyalətinin Cəbəl əz-Zaviyə bölgəsində anadan olub. Halep Universitetində və İdlib Universitetində təhsil alıb. Əl-Bəşir 13 yanvar 2024-cü ildən Suriya Xilasetmə Hökumətinin baş naziri vəzifəsini icra edir.
Almaz Həsənli